Archive for the Hekayələr Category

Ernest Hemenquey – Heç kim heç vaxt ölmür (parçalar)

Posted in Hekayələr with tags on Avqust 26, 2011 by ziyazamanli

Uğursuz əməliyyatdan sonra yaralanan Enrike yararsız bir evdə gizlənir.Ev silahla dolu olur.Mariya qaranlıq düşdükdən sonra Enrikeyə yemək gətirir.Enrike ehtiyyatla onu içəri buraxır və onlar yuxarı qalxırlar.Mariya ondan əsgərlər haqqında məlumat alır:

Oxumağa davam et

Advertisements

Çarlz Bukovski – 17 dollar 50 sentlik məhəbbət

Posted in Hekayələr with tags , , on Aprel 11, 2011 by ziyazamanli

Bu cür şeylər ağlına gələndə, Robert ilk növbədə gecənin bir aləmi hər nə cürsə Mum Fiqurlar Muzeyinə yol tapmaq və oradakı mumdan hazırlanmış xanım fiqurlarıyla iş tutmaq sevdasına düşürdü. Amma bu, çox təhlükəli iş idi. Elə buna görə də o, özünün erotik fantaziyalarında heykəllər və manekenlərlə cinsi təmas qurur, öz xəyallar dünyasında yaşamalı olurdu. Oxumağa davam et

Vladimir Sorokin – Snayperin Səhəri

Posted in Hekayələr with tags , , , on Aprel 10, 2011 by ziyazamanli

Səhər saat səkkizdə snayper mətbəxdə çayını içəndə bayırda güclü sulu qar ya­ğı­mı başladı. Lopa-lopa yağan qar az keçmə­miş pəncərədən görünən bomboz boşluğu da, karnizi də örtdü. Çayını bitirən snayper stəkanını yaxaladı, nəfəsliyi açıb küçəyə nəzər saldı. Damları və ağacları örtən qara, hələ ki, təkcə yaş asfalt təslim olmur, öz qaralığını qoruyurdu.
Bayıra tüpürən snayper nəfəsliyi ör­tüb, yır-yığışa başladı. Qırmızı yun jaketi­ni, isti qış şalvarını, qulaqlı papağını ge­yin­di, qardan seçilməmək üçün ağ rəngli xələtinə büründü, kətan çantasını çiyninə keçirdi, eyni parçadan qılıfı olan kara­bi­nini əlinə alıb eşiyə çıxdı.
Bayırda nəmişlik idi.
Qar aramsız ələyirdi, zibil qutularının həndəvərində iki nəfər itlə dolaşırdı, bir yük maşını mağazaya yan almağa çalışırdı.
Qılıfı çiyninə, əlcəklərini isə əllərinə taxan snayper, asfaltla yeriməyə başladı. İtlə gəzənlərə yetişəndə onlardan birisiylə salamlaşdı. Tanışı da gülümsünərək başını tərpətdi.
Bazar günü olsa da, tramvay ləbələb doluydu. Oxumağa davam et