Swingin Sultanı

Mark Freuder Knopfler, 1949-cu ildə Şotlandiyada,Glasgowda doğulub.

 

 Dire Straits qrupunun solo gitaristi ve vokalisti kimi tanınan Knopfler, eyni zamanda bəstəkardır.Bundan başqa o bir çox filmlərə yazdığı musiqilərlə də məşhurlaşıb. 1991-ci ildə çıxan sonuncu albomları “Dire Straits”-dən karyerasını solo ifalarla davam etdirməyə qərar  verib.

Atası yəhudi anası ingilisdir.Hələ 9 yaşında olarkən ailəlikcə anasının doğulduğu Nyukasla köçürlər.Burada Mark və qardaşı Deyvid “Gosforth Grammar” adlı bir məktəbə yazılırlar.Jimi Hendrix,Scotty Moore,Chet Atkins onun idealları sırasında idi.İlk dəfə 16 yaşında bir dostu ilə yerli televiziyaların birində efirə çıxdılar.

1967-ci ildə Harlow Technical College-də jurnalistika dərslərinə başlayır və çox keçmədən Yorkshire Evening Post adlı bir qəzetdə işləməyə başlayır.Orada Steve Phillips adlı bir blues ifaçısı ilə tanış olur və hər şey belə başlayır. Eyni il Londona köçür və orada Brewer’s Droop adlı bir qrupa qoşulur.Markın sonrakı qrupu the Café Racers,əfsanəvi Dire Straitsin təməli olur.Qrupa bir neçə yeni üzvlərin qoşulmasından sonra adını Dire Straits olaraq dəyişdirir.                                                      

Qrupun ən məşhur albomu “Brothers in the Arms”-dır.1987-ci ildə isə country qrupu olan “The Notting Hillbillies”-i qurur.1991-ci ildə Dire Straits-in son albomu olan “On Every Street” çıxır və İngiltərənin ən çox satılan albomu olur. 1995-ci ildə canlı ifalardan ibarət albomları,”Live at the BBC”-i çıxardıqdan sonra qrup dağılır.1996-cı ildə “Golden Heart”ı, 1997-də “Wag the Dog” filminin musiqilərinin olduğu albomu, 2000-də “Sailing to Philedelphia”-ı, 2002-də isə  “The Ragpicker’s Dream” solo albomlarını çıxarır.Eyni il motosiklet qəzasına düşür və bir müddət musiqidən ayrılır.

2004-cü ildə “Shangri-La” albomunu, 2005-ci ildə isə yığma albom olan “The Best of Dire Straits & Mark Knopfler: Private Investigations”-nı çıxarır. Daha sonra Knopfler, country musiqiçisi olan Emmylou Harris ilə “All the Roadrunning” adlı duet albom da çıxardı. Grammy Mükafatına “ən yaxşı folk rok albomu” nominasiyasında namizəd  oldu ancaq Bob Dylan-ın Modern Times albomuna uduzdu.

Bundan başqa 1990-cı ildə kumiri olduğu Chet Atkins ile “Neck and Neck” albomunu çıxardır.

1980-ci illərin ən məşhur gitaristlərindən olan Markın 70-dən çox gitarası var.Səhnədə adətən çay içir.Newcastle univesitetinin musiqi sahəsində fəxri doktorudur.Madaqaskarda araşdırma edən alimlər Dire Straits dinlərkən dinozavr qalıqları tapırlar və həmin dinozavr növünə “Masiakasaurus Knopfleri” adını veriblər.

Bu gün “Fingerstyle” kimi adlanan  barmaq texnikasının yaradıcısıdır,Rolling Stones jurnalının “Yüz ilin ən yaxşı 100 Gitaristi” siyahısıında  27-ci sıradadır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: