Pink Floyd haqqında bilinməyən 10 şey

“The Times” tərəfindən  hazırlanan bir yazıda Pink Floyd haqqında
bilinməyən 10 məlumat açıqlanıb.
Mark Blake tərəfindən yazılan yazıda qrupun tarixindən bəhs edən  “Pigs
Might Fly” kitabından götürülən maraqlı məlumatlar yer alır.

1- Ən məşhur roadie

1967-ci ildə Pink Floyd Pete Watts adlı daha sonra onların səs mühəndisi
olacaq bir nəfəri işə götürür. Onun səsini “Dark Side Of The Moon” albomünda
gülərkən eşitmişdik. 1976-ci ildə öldü. Qızı Naomi isə qrupla birlikdə
səfərlərdə iştirak edirdi. Daha sonra model və aktrisa kimi məşhur olan Naomi Watts
“21 Grams”,”Mulholland Drive” və “King Kong” kimi məşhur  filmlərdə baş rolda yer
alıb.

2- Başladığı kimi bitdi.

Qrupun ilk ve son albomlarının başındakı və sonundakı danışıqlar hərhansı bir
qrup üzvünün deyil,menecerlərinin sesidir. 1967-ci ildə ilk albomları
“The Piper At The Gates Of Dawn”-un açılış mahnısı olan “Astronomy Domine”-nin
girişindəki meqafonda eşidilən səslər menecer köməkçisi Peter Jenner-in
səsidir. Son albomları “The Division Bell”-dakı  son
səslər isə vəfat edən son menecerləri Steve O Rourke-a aitdir. Telefonda David
Gilmour-un oğlu Charlie ilə danışarkən  telefona qeyd olmuşdu.

3- Ayın gizli üzü.

1969-cı ildə  “Apollo”-nun aya enişi ərəfəsində BBC-də yayımlanan “Ya Yaşıl Pendirdən
Düzəldilmişsə” adlı proqramda Pink Floyd bu günə qədər heç yayınlamadığı “Moonhead”
musiqisini səsləndirdi.

4- Heçbirşey Ziyana Getmədi

Hard Rock qrupu “Def Leppard”-ın 1981-ci ildə  “High`n`Dry” albomunda  Pink Floyd-un da
albomlarını  hazırlayan firma “Hipgnosis” tərəfindən boş bir hovuza doğru
maşın sürən sürücü təsvir olunmuşdu.İllər sonra eyni rəsmin həmdə
1970-ci ildə “Atom Heart Mother” üçün təklif olunduğu lakin qrupun məşhur inək rəsminə üstünlük verdiyi açıqlandı.

5- Donuz uçar toxum yox.

1980-ci illərdə  basist və bəstəkar Roger Waters qrupdan ayrılarkən qrup əleyhinə
bütün hüquqlarının özünə aid olduğu məşhur “uçan donuz”-la  məhkəməyə müraciət etdi.
Waters donuzun öz fikri olduğunu dedi. Qrup sonrakı illərdə də
müəllif hüququna görə pul ödəməmək üçün yeni bir uçan donuz dizayn etdi. Bu donuzun böyük dişi var idi.

6- Big In Japan

1960-cı illərdə  Floyd  Cambridge Hill Road daki evlerine
tez-tez qonaq aparırdı.  Bir dəfə də gələcəkdə Yaponya baş naziri olacaq Junichiro Kouzumi-ni qonaq
etmişdi.

7- Sharon Osbourne-dən öncə Floyd var idi.

Melody maker-in 1971-ci il albomü “Meddle” haqqında  yazdığı yazıya hirslənən
qrup jurnalın redaktor köməkçisi Michael Watts-a bir hədiyyə göndərdi. Bir yeni il
hədiyyəsi olduğunu düşünən Watts paketi açanda yaylı bir boks əlcəyi sifətinə dəydi.

8- Gizli Caz elementi

“Wish You Were Here” mahnısının sonunu yetərincə yüksək səslə dinləsəniz bəlkə də  Stephane Grappellinin skripka solosunu eşidə bilərsiniz. O həmin tarixdə
Abbey Road studiyalarında yan otaqda məşq edirdi.

9- Ayda Wings Yok

Pink Floyd-un “Dark Side Of The Moon” albomunun mahnıları arasında bir çox danışıq eşidə bilərsiniz. Bunlar Pete Watts və Chris Adamson, Abbey Road Studiyalarının qapıcısı Gerry O’Driscoll-un Waters-in soruduğu təsadüfi suallara cavab verərkən qeydə alınmışdı.
10- Təbii ki seks olmalıydı

Ummagumma qrupun 1969-cu il albomunun adı idi. Bu söz qrup üzlərinin öz aralarında işlətdikləri söz idi,mənası cinsi əlaqə idi.

Advertisements

Bir Cavab to “Pink Floyd haqqında bilinməyən 10 şey”

  1. Orhan Says:

    “Another Brick in the Wall” mahnìsìni xor sheklinda ifa edan Islington Green School’un 13 shagirdi helede qonorarlarini ala bilmayiblar. Bunun ucun hemin insanlar 2004 cu ilda bir daha bir yera galmishlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: