Quqarkdan maraqlı hissələr
*Yazılarımda nə qədər sırtıq olsam da,prezrativ almaqdan həmişə utanmışam.
*Biz siqaret çəkmək üçün bir qəbiristanlığın yanında dayandıq.Ətraf o qədər sakit idi ki,çürüyən sümüklərin səsi eşidilirdi.
*Uşaqlar özlərini təqdim edəndə mən nə içəcəyim haqda düşünürdüm: araq,çaxır,yoxsa sadəcə pivə?
*Bircə bu tanışlıq bitsəydi,masanın üstündəki təamlara girişərdim.
*Tutları ovcumun içində sıxıb şirəsini bacımın başına axıtdım.
*Bir neçə cütlük öpüşmək üçün ağacların arxasında itdi.
*Budur,dik məməli müəllimə bütün var-yoxunu göstərən dar şalvarda,dar köynəkdə məktəblilərin yaşadığı yataqxananın qapısından çıxıb yeyin,əsəbi addımlarla Artura yaxınlaşdı.
*Adını bilmədiyim quş,adını bilmədiyim ağacın üstünə qonub oxuyurdu.
*Böyürtkən,zoğal,alça kompotlarını içib sonra şüşə bankalarını sındırırdılar.
*Deyəsən,bu müharibəni ona görə ediblər ki,bütün qarımış qızlar ərə getsin.
*Kuzovdan yerə axan qanı yalayan it bu qışqırıqdan qorxub geri çəkildi,lakin yenə də özündə cəsarət taparaq qanı yalamağa başladı.
*Görünür,qoca vağzal fahişəsi mənim timsalımda potensial müştəri tapdığını güman etmişdi.
*Vaqonun şüşəsi sınmış pəncərələrinə qara şaldan pərdə tutulmuşdu.
*Nazlana-nazlana yağan qar küçəni,evləri,küçədən keçən adamları da nazlandırırdı.
Müəllif Seymur Baycanın fikirləri: http://www.azadliq.org/content/article/2312838.html

Aprel 23, 2011 at 23:00
[...] “Quqark”dan bir hissə… (bura da bax) [...]